Ask Me Anything

Əziz ingilis dilini öyrənən tələbə!

Sənə karantin müddətində ingilis dilini öyrənməkdə yardım etmək və ya daha da həvəsləndirmək məqsədi ilə “Ask Me Anything” (mənə istədiyin sualı ver) həftəsinə start vermişəm. Həftənin sonunda sənin sualların əsasında dərs hazırlamağı planlaşdırıram. Əgər sən də ingilis dilini öyrənirsənsə və müəllim yardımına ehtiyacın varsa, hər hansı qrammatika və ya sözlərin işlənmə yeri, tələffüz və s. ilə bağlı sualın varsa bu paylaşımın altında şərh bölməsinə sualını yaza bilərsən. Sualını səbirsizliklə gözləyirəm!

Hörmətlə,

Şəfiyeva Nərmin, ingilis dili müəllimi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − four =